Vaxt.Az

Obama-Putin müzakirəsi


 

Rusiya prezidenti: «... təxribatçı hərəkətlərinə diqqət yönəldib»

Obama-Putin müzakirəsi Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə Ukraynadakı situasiyanı müzakirə edib. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, Putin bildirib ki, «zorakılıq Ukraynanın şərqinə və Krıma keçərsə, Moskva öz maraqlarını və rusdilli əhalini qorumaq hüququnu özündə saxlayır».

Bu barədə Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. «Obamanın Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində istifadəsi ilə bağlı narahatlığına cavab olaraq Vladimir Putin mahiyyət etibarilə Kiyevin hazırkı hakimiyyəti tərəfindən şirnikləndirilən ultra-millətçi elementlərin cinayətkar və təxribatçı hərəkətlərinə diqqət yönəldib» - sənəddə deyilir.

Beləliklə, Moskvanın suveren Ukraynaya hərbi müdaxilə niyyətindən əl çəkmədiyi bir daha bəlli olur.

 





02.03.2014    çap et  çap et