Vaxt.Az

“Mənfi istiqamətdə gedirik”


 

İbrahim Məmmədov Azərbaycanda koronavirusla bağlı tendensiya haqda ...

“Mənfi istiqamətdə gedirik” “Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur”. Bunu Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-nin efirində deyib.

O bir daha xatırladıb ki, hazırda Azərbaycanda koronavirusa yoluxmanın dinamikası həndəsi silsilə ilə artır: “Biz sağalmalarda bunu görmürük. Ona görə də nə qədər ki, bu tendensiya belə davam edəcək, bu, o deməkdir ki, mənfi istiqamətdə gedirik”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, azalma prosesi gedər: “Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətində bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

 





04.04.2020    çap et  çap et