Vaxt.Az

78 oldu ...


 

Azərbaycanda koronavirusa yoluxanlar kəskin artdı

78 oldu ... Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə virtualaz.org-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 





04.04.2020    çap et  çap et