“COVİD-19”-la mübarizədə taxta çıxacaq birini tapmaq çox çətindir. Çünki budəfəki düşməni nə pulla, nə də hər hansı silahla məhv etmək mümkün deyil. Çünki silah gücünə aparılan ənənəvi müharibələrin yerini iqtisadi savaşlar tutub. Dünənə qədər hər bir dövlət bu savaşdan qalib çıxmaq üçün, ən azı zərər görməmək üçün iqtisadi cəhətdən yüksəlmək istəyirdi, bununla bağlı qərarlı və əmin addımlar atmağa çalışırdı. Ancaq “COVİD-19” sayəsində iqtisadiyyat da arxa plana atılıb. Çünki hər kəs (ölkə) canının dərdindədir. Xalq evdə çıxmadığı müddətdə dövlət maddi yardım etmək məcburiyyətində qalır. Əksər müəssisələr fəaliyyətlərini dayandırır və insanların gəliri demək olar ki, sıfıra düşür. Yeni olduğuna görə hələ ki, vəziyyət yaxşıdır. Ancaq bu proses aylarla davam edərsə, hər kəs ac qalacaq. Dediklərim yalnız bizim ölkəyə aid deyil. Bütün dünyada vəziyyət eynidir. Çünki dünya birjasının dəyəri artıq 1 ay müddətində 30 faiz düşüb. Ölkələrim buna bir həll yolu tapmağı şərtdir.
Təbii ki bu dövrdə çoxu ziyana getsə də, cibləri dolmağa davam edən hegemonlar da var. Onlar dünyanı idarə edən, yəni pulu idarə edən hegemonlardır. Dünya siyasəti və iqtisadiyyatını idarə edən bu ailələrin adı heç vaxt varlılar siyahısında olmayıb.
Hazırda toxunacağım mövzudan böyük ehtimal çoxunuz məlumatsızsınız. Bildiyiniz kim virus həyatımıza 2019-un dekabr ayında daxil olub. Bundan düz 3 ay əvvəl isə ABŞ-da “Event-201” adlı bir simulyasiya həyata keçirilib. Simulyasiyaya doktor Erik Tonr başçılıq edib. Simulyasiya edilmiş virusun adı “Keps” olub. Epidemiyanın mərkəzi Braziliya olaraq seçilmişdi. Simulyasiyada virus donuzdan yoluxur və kasıb bölgələrdən də yayılırdı. Virusun ən önəmli özəlliyi peyvəndə çox dayanıqlı olması idi. Qripdən də sürətlə yayılan virusun, xərçəngdən daha təhlükəli olması müəyyən olunurdu. Xəstəlik yayıldığı gündən 18 ay sonra insan tələfatı 65 milyona çatır. Heç kim çarə tapa bilmir, tapanlar da müdaxilə etmirlər.
Mənim əsas bilmək istədiyim də budur. Koronavirusdan sonra necə bir sistem dünyaya hakim olacaq. Əlbəttə xəstəliklər və ölümlər də önəmlidir, ancaq bunun arxasındakı oyunu anlamağa çalışıram.
Doktor Erik simulyasıyanı izləməyə önəmli iş insanlarını da dəvət edir. Hadisə bundan sonra daha çox siyasi və iqtisadi çalar almağa başlayır. 65 milyon insanın ölümündən sonra birja dəyərini 40 faiz itirir, turizm bitir, ölkələrarası əlaqə yox olur və həmçinin bank fəaliyyəti çökür. Şirkətlər müflis olur. Pul olsa da istifadəyə yarasız vəziyyətə gəlir. Bir sözlə bütün sistem məhv olur. Və bu zaman Birləşmiş Ştatlar sinəsini qabağa verir. Ancaq ABŞ dedikdə prezident, yaxud digər dövlət xadimləri deyil, ölkənin əsl idarəediciləri - məşhur ailələr nəzərdə tuturam. Superdövlət 1991-ci ildəki kimi Bu dəfə də “barışı imzalayan ölkə” funksiyasını üzərinə götürür. ABŞ yeni sistemin 10 ilə tam oturacağını bildirir. Həmin müddətdə istədikləri yerdə istədikləri iqtisadi siyasəti yeridirlər. Pul da onların əlində olduğu üçün hakimiyyəti ələ keçirib tək hakim olurlar. Dünya koronovirus xaosundan qabaq doktor Erik Tonr və komandası bunları sınaqdan keçiriblər. Və sübut ediblər ki, virusu yaradan ağıl hər şeyə sahib olur.