Vaxt.Az

ABŞ 2008-ci ildən bilirmiş


 

Sara Peylin: «Dikbaş ekspertlər dəqiq proqnozlarıma gülsələr də, mən bu xəbərdarlığı etmişdim»

ABŞ 2008-ci ildən bilirmiş Respublikaçılar Partiyasından ABŞ vitse-prezidentliyinə keçmiş namizəd Sara Peylin rus qoşunlarının Ukraynaya girəcəyini 6 il qabaq bildiribmiş. ANS PRESS-in məlumatına görə, bu barədə «CNN» telekanalı bu gün yada salıb.

Böhrandan hələ çox əvvəl 21 oktyabr 2008-ci il tarixdə Nevada ştatının Rino şəhərində Peylindən xarici siyasət baxımından Barak Obamanın qabiliyyətini qiymətləndirmək xahiş ediblər. Buna cavab olaraq Peylin öz öncəgörmələrini bildirib: «Rus ordusu Gürcüstana girdikdən sonra senator Obamanın reaksiyası çox qərarsız və zəif oldu, adama elə gəlir ki, bu reaksiya Rusiya prezidenti Putini, daha sonra Ukraynaya girməyə həvəsləndirəcək».

Sara Peylin isə öz «Facebook» səhifəsində Rusiya ilə Ukrayna arasındakı böhranı hələ çox əvvəldən hansı səbəbdən proqnozlaşdırmasına izahat verib. «Mən elə adam deyiləm, qürrələnəm ki, «mən bunu demişdim», amma mənim dəqiq proqnozlarıma dikbaş ekspertlər gülsələr də, mən bu xəbərdarlığı etmişdim», - deyə Peylin bu gün «Facebook»da yazıb.

 





02.03.2014    çap et  çap et