Vaxt.Az

Ukraynada səfərbərlik...


 

Turçinov gözlənilən əmri verdi

Ukraynada səfərbərlik... Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, ölkədə bu gün yerli vaxtla saat 08.00-dan (Bakı vaxtı ilə 10.00) ümumi səfərbərlik başlayıb.

Ukraynanın Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukraynanın silahlı qüvvələrinin tam döyüş hazırlığına gətirilməsi əmri verib. Bu barədə qərar Rusiyanın Federasiya Şurasının rus qoşunlarının Krıma yeridilməsinə razılıq verməsindən sonra qəbul edilib.

 





02.03.2014    çap et  çap et