Artıq Amerika Birləşmiş Ştatlar dünyada koronavirusdan ölənlərin sayına görə İtaliyanı qabaqlayaraq birinci olub.
ABŞ-da federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, indiyədək koronavirusdan 19 715 ölüm qeydə alınıb.
İtaliyada isə pandemiya qurbanlarının sayı 18 849 nəfər təşkil edir.
ABŞ-da 503 400 nəfər “COVİD-19” infeksiyasına yoluxub, 29 223 xəstə sağalıb. İtaliyada isə 147 577 insana koronavirus diaqnoz qoyulub, 30 455 nəfər sağalıb.
Qeyd edək ki, cümə günü Birləşmiş Ştatlarda cümə günü koronavirusdan ölüm sayında antirekord qeydə alınıb. Ölkədə bir gün ərzində 2 108 nəfər pandemiyanın qurbanı olub.