Vaxt.Az

Təxminən 555 milyon manat ödənilib


 

“Ən səmərəli və işlək variant Azərbaycanda istifadə edilir”

Təxminən 555 milyon manat ödənilib 2012-ci ildə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının varisi olan "Kapital Bank" 1992-ci il yanvarın 1-nə olan vəziyyət üzrə əmanətçilərə birdəfəlik fərdi ödənişlər qismində 554,712 milyon manat ödəyib.Trend-in məlumatına görə, bunu cümə günü maliyyə naziri Samir Şərifov Milli Məclisin 2012-ci il dövlət büdcəsinin müzakirələrinin aparıldığı iclasda deyib.
Onun sözlərinə görə, vəsaitlərin ödənişi 1,448 milyon hesab üzrə həyata keçirilib: "Ötən 5 ayda bu işlər davam etdirilib".
Nazir deyib ki, keçmiş sovet məkanında bu prosesin ən səmərəli və işlək variantı Azərbaycanda istifadə edilir.
 





31.05.2013    çap et  çap et