Bu andan sonra 8 saat sən öz bədəninə, öz şəxsi əşyana qətiyyən toxuna bilməzsən.
Su içə bilməzsən.
Yemək yeyə bilməzsən.
Təbii ehtiyaclarının heç birini ödəyə bilməzsən.
Növbə bitdikdən sonra xüsusi maşında səni otellərdən birinə aparırlar və indi də orada həbs həyatı yaşayırsan.
İki həftəlik bu rejimdən sonra isə yenə də iki həftə otelə həbs edilirsən. Ən yaxşı ehtimalla bir ay sonra evinə gedə bilərsən.
Sizlər digər xarici ölkələrdə olduğu kimi dəhşətli mənzərələr, balıq kimi nəfəs alan gözləri tavana zillənmiş xəstə mənzərələrini Azərbaycanda görmürsünüz.
Səbəbi çox sadədir. Vaxtında tədbirlər alına bildi. Bizdə konsert, futbol matçı kimi hadisələr az olur, əhalinin əksəriyyəti nə toplu dini ayinlərə gedir, nə hansısa ziyarətgahda bir-birini basa-basa nəyisə öpməyə çalışır. Əlbəttə bizdə də ziyarətlərə, cümə namazlarına gedən insanlar var. Onlar var olduğu üçün kütləvidir demək deyildir. Əhalinin çox az bir hissəsidir.
Nəticədə Azərbaycana girən virus yükü az oldu.
Nəticədə Azərbaycanda virusu sürətlə yayan kütləvi tədbirlər vaxtında qadağan edildi.
Nəticədə bizdə xəstə azdır.
Səhiyyə sistemimizin indilik bu xəstəliyin öhdəsindən gələ bilir. Ona görə də dəhlizlərə, küçələrə yığılmış xəstələri görmürsünüz.
Arxasını isə biz sizə göstərmirik. Sizin psixi sağlamlığınızı qorumaq üçün. Bu mənzərələri görmüş insan artıq HEÇ VAXT əvvəlki kimi olmayacaq.
Mənim öz dayım qızı qulluq etdiyi xəstədən yoluxduğu virusdan ötrü ölümdən döndü. Neçə həkim elə bu dəqiqələrdə müalicə etdiyi insanlardan yoluxduğu virusdan ötrü canı ilə əlləşir.
Ona görə də oturun oturduğunuz yerdə.
Karantin başlayandan mənim gələnlər qutusu dağılır. Hamı internetdən, telefondan məsləhət almaq istəyir. Mən də cavablandırıram. İşi bu şəkildə həll oluna bilməyəcək insanları isə məcbur xəstəxanaya dəvət edirəm.
Srağagün vəziyyəti evdə pis olan yaşlı atası üçün hansı dərmanı vermək lazımdır deyə “İnstaqram”da nəzakətli bir xanım müraciət etdi. Ona “Haloperidol” deyə antipsikotik bir dərman verilməli idi. Dərmanın adını demədim. Qadın hiddətlə etiraz edirdi, amma anlamırdı: “Haloperidol” xüsusi reseptlə və xüsusi rejimdə verilən dərmandır. Mən heç öz xəstəmə “haloperidol” vermirəm, mütlər nervoloq təyin edir.
Bəziləri qəti şəkildə xəstəxanaya gəlmir. Canları daha qiymətli imiş. Elmlər akademiyasında işləyən bir xanım həftələrlə inboksda mənə yalvardı, dərman istədi. Hardasa bir aydır ölür, amma saniyədə 15 kəlmə yazır. Hələ də.
Səbəbi məlum oldu. Əvvəlcə müdiri, sonra isə evində qaldığı nənəsi, amma əslində özü birdən xəstəxanaya gedib orada virus qaparam qorxusu ilə məni “Facebook”da “terror” edir. Onun şikayətlərini isə ancaq iki ixtisas həkiminin müayinəsi nəticəsində aydınlaşdırmaq olar və onlardan heç biri mən deyiləm. Yəni mənim sahəmə aidiyyəti yoxdur.
Bu xanımın dərdi əslində başqa idi - onu da anladım. Üzdə görünən problemi adi nevroz idi. Dərində görünən problemi isə daha dəhşətlidir: NADANLIQ,
Ön cəbhədə səkkiz saat xüsusi rejimdə işləyən həkimləri ələ salan NADANLARIN aramızda olduğunu isə bizə özü də həkim olan Nəriman Nərimanov öz “Nadanlar” əsərində onsuz da demişdi.