Con Kerri bildirib ki, Rusiya gərginliyin aradan qaldırılması üçün konkret addımlar atmasa, beynəlxalq mövqeyinə mənfi təsir göstərəcək. Dövlət katibinin sözlərinə görə, ABŞ Rusiyanın Ukraynadakı etnik ruslardan narahatlığını anlayır: «Amma bu narahatlıq Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulması yolu ilə yox, Ukrayna hökuməti ilə birbaşa təmaslarla ifadə edilməlidir».
Con Kerri məlumat verib ki, tarixi məqamda Ukrayna və onun vətəndaşlarının dəstəklənməsi istiqamətində birgə işləmək üçün qlobal müttəfiqləri ilə telefon konfransı keçirib. Onun sözlərinə görə, Ukrayna xalqı bir şey istəyir - öz gələcəyini dinc, siyasi yolla və sabitlik şəraitində müəyyənləşdirmək. Con Kerri bəyan edib ki, ABŞ ukraynalıları dəstəklərin və onların hüquqlarının bərpasına nail olacaq.
«Rusiyanın hərəkətləri Ukraynada və bütövlükdə bölgədə sülhə, təhlükəsizliyə təhdiddir», - ABŞ-ın dövlət katibi əlavə edib.