Hal-hazırki karantin dövrünün qaydalarına uyğun olaraq tədbir onlayn şəkildə həyata keçirilərək, Amerika Birləşmiş Ştatlarından 15 ştatı təmsil edən nümayəndə, Kanadadan isə 2 əyalət nümayəndəsi iştirakı ilə baş tutub. Tədbir əsnasında www.azerbaijaniunion.com platforması və “Slack” müzakirə platforması tanıdılıb.
“Azerbaijani Union” platforması birlik üzvlərinə fərqli imkanlar təqdim edir. ABŞ və Kanadada yaşayan azərbaycanlılar sayta daxil olaraq ödənişsiz kurslar, təcrübə proqramı, yerli şirkətlərin xidmətlərindən endirimli istifadə və yaşadıqları ştat və əyalətdəki cəmiyyətlərdən dəstək və s. imkanlar əldə edə bilərlər.
Üzvlər həmçinin “Slack” platforması üzərində Amerika Birləşmiş Ştatlarının bütün ştatlarında və Kanadanın fərqli əyalətlərində yaşayan digər azərbaycanlılarla artıq çox asan şəkildə əlaqə qura biləcəklər. Bu imkan Amerika və ya Kanadaya yeni immiqrasiya etmiş həmyerlilərimizə yerli həyata uyğunlaşmaqda yardım edəcək. Eyni zamanda bir ştatdan digər ştata səyahət edən və ya birdəfəlik köçən insanlara yeni məkanda yaşayan həmyerliləri tapmaqda yardımçı olacaq. Qoşulmaq üçün bit.ly/Azerbaijanis ünvanı üzrə keçmək kifayətdir.
Təşkilatın fəaliyyəti ilə bağlı yeniliklər rəsmi “Facebook” səhifəsi üzərindən elan ediləcək. www.fb.com/AzerbaijaniUnion