Rusiya ordusu Sevastopolda Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinə hücuma hazırlaşır. Musavat.com-un «Ukrainskaya pravda»ya istinadən verdiyi məlumata görə, ukraynalılar hərbi hissənin girişini zirehli maşınla bağlayıblar və müdafiəyə hazırlaşırlar.Rusiya ordusuna məxsus «KamAZ» hərbi şəhərciyin ərazisinə soxulsa da, ukraynalılar onu mühasirəyə alıblar. Rus əsgərləri şəhərciyin ətrafında toplaşıblar və atəş açmaqla hədələyirlər.
  çap et