Virtualaz.org-un Rusiya nəşrlərinə istinadən verdiyi xəbərə görə, patriarx Kirillin başçılıq etdiyi Rus Pravoslav Kilsəsinin mətbuat xidmətindən bildiriblər ki, kilsə Rusiyanın Ukraynada başladığı əməliyyatı dəstəkləyir.
Rus Pravoslav Kilsəsi aşağıdakıları bəyan edib: «Rus xalqı öz tarixi əraziləri hüdudlarında parçalanmış xalqdır. Ruslar vahid dövlət orqanizmi halında birləşmək hüququna malikdirlər. Ümid edirik ki, rusiyalı döyüşçülərin bu insanların azadlığını və özünəməxsusluğunu qorumaq missiyası böyük toqquşmalara gətirib çıxara bilən ciddi müqavimətlə üzləşməyəcək».
Yada salaq ki, bundan əvvəl isə pravoslav din xadimlərinin bir qrupu patriarx Kirillə müraciət edərək Ukrayna ilə müharibədən qaçmaq üçün ondan prezident Putinə təsir göstərməyi xahiş etmişdilər.
«Əgər Moskva Ukraynaya qoşun yeritsə, Ukrayna və Rusiya xalqları qardaş qırğını demək olan ağır müharibəyə cəlb olunacaqlar» - deyə müraciətdə bildirilirdi.