Vaxt.Az

“İlk 10-luqda olmayıblar”


 

Nə bazar payına, nə də aktivlərin həcminə görə ...

“İlk 10-luqda olmayıblar” Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.

Adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. Birlikdə 4 bankın bazar payı 5 faizə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya “Atabank” (1,4 faiz), ən aşağı paya “Amrah Bank” (0,6 faiz) malik olub. 2019-cu ildə “Atabank”ı saymasaq “AGBank” aktivlərinin həcminə görə 15-ci yerdə olub. “Atabank”da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.

Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7 faizdən az olub. Yenə də ən böyük paya (2,6 faiz) “Atabank”, ən az paya “Amrah Bank” (0,79 faiz) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar.

Depozit bazarında 4 bankın bazar payı 4 faizdən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub.

 





27.04.2020    çap et  çap et