Vaxt.Az

“Neftin bahalaşmasını gözləməyin”


 

Qiymət artımı iki amildən asılıdır

“Neftin bahalaşmasını gözləməyin” “Bazardakı bolluqla əlaqədar yaxın vaxtlarda neftin qiymətlərinin bərpasını gözləməyin mənası yoxdur”.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak “Enerqetiçeskaya politika” jurnalındakı yazısında qeyd edib. O bildirib ki, qiymət artımı iki amildən asılıdır: dünya iqtisadiyyatının bərpa sürətindən və dolu anbarların boşalmağa başlamasından: “Bazarda tarazlıq ilin ikinci yarısından etibarən – məhdudiyyətlərin götürülməsi və OPEC+ anlaşması sayəsində enhtiyatların azalmağa başlamasından sonra neftə tələbatın artması ilə yarana bilər”. 

A.Novak qeyd edib ki, anlaşmanın effektivliyi dünya iqtisadiyyatının böhrandan sonra bərpasının başlayıb-başlamayacağından asılı olacaq: “Bununla əlaqədar biz tədricən iqtisadi aktivliyi artıran Çinə nikbinliklə baxırıq. Ümid edirik ki, bir neçə ay ərzində digər ölkələrin iqtisadiyyatlarında da müsbət dinamika görəcəyik”.

Qeyd edək ki, hazırda neftin 2 ay sonrakı fyuçers (müqavilə) qiymətləri 20-21 dollar arasındadır. Gündəlik ticarətin aparıldığı fiziki bazarda qiymətlər isə bundan ucuzdur. Məsələn, Azərbaycan neftinin qiyməti ötən gün 18,60 dollar olub.

 





28.04.2020    çap et  çap et