Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Məsələ yaxın vaxtlarda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın Baş prokuroru Zakir Qaralovdur. Onun səlahiyyət müddəti aprelin 28-də bitib.
“Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikası Baş prokurorunun səlahiyyət müddəti beş ildir.
Onu da qeyd edək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokurordur.