Bunu korrupsiya hallarına yol verən məmurlar haqqında danışarkən deputat Fəzail Ağamalı deyib. Deputatın fikrincə, Dövlət Təhlükəsizlik Xidmətinin seyfində rüşvətxor məmurlarla bağlı kifayət qədər məlumatlar var:
“Xalqın malına göz dikən, dövlətin vəsaitini dağıdan məmurlar təbii ki, layiq olduqları cəzanı alacaqlar.
Ayrı-ayrı yüksək vəzifəli məmurların heç də hamısını bu kateqoriyaya aid etmək olmaz. Vicdanı təmiz, əməli saleh, bütün varlığı ilə millətinə bağlı olan, hər hansı korrupsiya və rüşvətxorluqda adı hallanmayan məmurlarımız var. Biz onları qanunsuzluğa yol verən məmurlarla eyniləşdirməməliyik. Müəyyən məhdud xarakterli müşahidələrə, məlumatlara görə, əməliyyat-axtarış prosesi davam edəcək. Biz rüşvətxorluqla məşğul olan, fəaliyyətində qanunsuzluqlara yol verən məmurların vəzifədən kənarlaşdırılmasını, cinayət məsuliyyətinə cəlb edilməsini bundan sonra da görəcəyik”.