Vaxt.Az
720 avtomobil geri qaytarılıb
Yol polisi 629 hərəkət iştirakçısını cərimələdi
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 02.07.2020-ci il saat 00:00-dan 03.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 564 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 55 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 629 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən
(BDYPİ) məlumat verilib.
BDYPİ-dən onu da bildiriblər ki, qeyd
olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid
postundan 35-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 100, Bakı-Şamaxı-Yevlax
yolunun 31-ci km-də yerləşən postdan 40-ı rayon, 70-i paytaxt istiqamətinə
olmaqla 110, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan
390-ı rayon, 120-i paytaxt istiqamətinə olmaqla 510 nəqliyyat vasitəsi geri
qaytarılıb, ümumilikdə 720 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan
postlardan keçmək cəhdinin qarşısı alınıb.
04.07.2020 çap et