Vaxt.Az

İstanbul da qarışdı


 

Sübh tezdən...

İstanbul da qarışdı Türkiyənin İstanbul şəhərində hökumət əleyhinə etiraz aksiyası bu səhər də davam edib.

ANS PRESS-in məlumatına görə, yerli vaxtla səhər saat 6-da Aksaray bölgəsində yenidən başlayan icazəsiz aksiya zamanı qarşıdurma baş verib. Aksiya iştirakçıları polisin müdaxiləsinə baxmayaraq yerli banklardan birini son sutka ərzində ikinci dəfə yandırıblar.

Polis ona «molotoff kokteyli» və daş atan aksiya iştirakçılarına gözyaşardıcı qaz və su şırnağı ilə müdaxilə edib. Yandırılan bank şöbəsinin binasını isə əvvəlcə toplu-müdaxilə maşını, sonra isə yanğınsöndürənlər söndürməyə çalışıb. Hazırda İstanbulun Aksaray bölgəsində polislə icazəsiz aksiyanın iştirakçıları arasında gərginlik hələ də davam edir.

 





02.03.2014    çap et  çap et