Vaxt.Az

Soçi sammiti təxirə salındı


 

«G8»in yeddi üzvündən Rusiyaya protest

Soçi sammiti təxirə salındı Ağ Evin mətbuat xidməti G8 ölkələrinin yeddi üzvü (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) «səkkizliyin» Soçidəki sammitinə hazırlığın dayandırılması barədə bəyanat yayıb. Bu barədə Trend Ria Novosti agentliyinə istinadən məlumat verir.

«Yeddilər» bildiriblər ki, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər, həmçinin kreditləşmənin yeni proqramını tərtib etmək üçün ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə əlaqələrini dəstəkləmək niyyətindədirlər.

Ölkələr həmçinin Ukraynaya ikitərəfli və çoxtərəfli yardım paketinin yaradılması üzrə işi davam etdirməyi öhdələrinə götürüblər.

 





03.03.2014    çap et  çap et