Vaxt.Az

MB-nin səlahiyyəti azaldıldı


 

Bankın ləğv olunan hüququ konfederasiya və nazirlik arasında bölüşdürülüb

MB-nin səlahiyyəti azaldıldı Azərbaycan Nazirlər Kabineti «Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi Qaydaları»na dəyişikliklər edib.

APA-nın verdiyi məlumata görə, indiyə qədər Agentliyin təklifi əsasında layihələrin maliyyələşdirilməsi üçün regional strukturu və regional əhatəsi nəzərə alınmaqla, regionlar üzrə müvəkkil kredit təşkilatlarının seçilməsi Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Kənd Təsərrüfatı Kreditləri üzrə nin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası tərəfindən qanunvericiliyə uyğun qaydada həyata keçirilib.

Müsabiqə Komissiyasının tərkibinə  Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bankın və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil edilib və qeyd edilib ki, həmin Komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli qeyri-hökumət təşkilatlarının 2 nəfər nümayəndəsi də daxil edilə bilər. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilib.

Dəyişikliyə əsasən, Mərkəzi Bankın bu sahədə səlahiyyətləri ləğv olunub, bu səlahiyyətlər Azərbaycan Sahibkarlar Konfederasiyası və Maliyyə Nazirliyi arasında bölüşdürülüb. Bundan sonra Müsabiqə Komissiyasının tərkibinə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Agentliyin hər birindən 1 nəfər nümayəndə daxil ediləcək və həmin komissiyanın tərkibinə Azərbaycanda aqrar bölmənin inkişafına maliyyə dəstəyi göstərən xarici və yerli QHT-nin 2 nəfər nümayəndəsi də daxil edilə biləcək. Agentliyin vəsaitlərinin istifadəsi üzrə Müsabiqə Komissiyası haqqında Əsasnamə İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi razılaşdırılmaqla Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq ediləcək.
 





03.03.2014    çap et  çap et