Vaxt.Az

Neft yenidən bahalaşıb


 

Qiymət artımı cüzi olub

Neft yenidən bahalaşıb Fevralın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,19 dollar və ya 0,2% artaraq 1 barelə görə 102,59 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 28-də ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,11 dollar və ya 0,1% artaraq 109,07 dollar olub.

 





03.03.2014    çap et  çap et