Vaxt.Az

COVİD-19-la mübarizədə ciddi yumşalmalar


 

Sabahdan etibarən...

COVİD-19-la mübarizədə ciddi yumşalmalar Ölkəmizdə koronavirus xəstələrinin karantində qalma müddəti 14 gündən 7 günə salınır. Bununla bağlı Nazirlər Kabineti karantin rejiminə dair qərarlar qəbul edib. Dəyişiklik yanvarın 24-dən tətbiq olunacaq.

Bundan başqa, xəstəlik əlaməti olan işçinin laboratoriya vasitəsilə COVID-19-a yoluxduğu təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası da ləğv edilir.

Səhiyyə Nazirliyi də bu yeniliklər ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, karantin müddətlərinə dəyişiklik yeni ştammın spesifik xüsusiyyətləri nəzərə alınaraq edilib.

Nazirliyin sözçüsü bildirib ki, "Omicron" ştammının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlar virusa yoluxma riskini azaldan göstərişlərə mütləq əməl etməlidirlər.

"Vətəndaşlarımızı gücləndirici "buster" doza ilə vaksin olunmağa çağırırıq" deyə qurum rəsmisi əlavə edib.


 





23.01.2022    çap et  çap et