Vaxt.Az
“Axmaq it oğlu”
Bayden vədinə xilaf çıxdı, jurnalisti təhqir etdi
ABŞ prezidenti Co Bayden daha bir skandala imza atıb. Ağ Evdə iqtisadçı müşavirləri ilə görüşündən sonra media nümayəndələrinin qarşısına çıxan Bayden Ukrayna-Rusiya gərginliyi ilə bağlı jurnalistlərin sual yağışı ilə qarşılanıb. Dövlət başçısı “iqtisadi mövzular əvəzinə Ukrayna ətrafındakı vəziyyətlə bağlı suallar” verilir sözləri ilə buna etiraz edib. Bunun ardınca “Fox News” televiziyasının müxbiri Piter Dusi (Peter Doocy) “Artan inflyasiya aralıq (ilin sonunda keçiriləcək Konqres seçkisi) seçkilərə təsir edərmi” sualına qısa bir cavab alıb. Mətbuat konfransı bitdikdən sonra zalı tərk edən jurnalistlər mikrofonun sönmədiyi səbəbindən Co Baydenin “Bu böyük fürsətdir. Artan inflyasiya. Nə axmaq it oğludur” sözlərinin şahidi olublar.
İnsident qısa müddətdə bütün dünyaya yayılıb.
Buna baxmayaraq, Ağ Ev hadisəylə bağlı heç bir şərh verməzkən, təhqirə məruz
qalan jurnalist Baydenin ona zəng vuraraq üzr istədiyini bildirib. “Mənə dedi
ki, burda heç bir şəxsi məsələ yoxdur”.
Xatırladaq ki, Co Bayden prezident seçkilərindən
sonrakı andiçmə mərasimində “əgər mənimlə işləyərkən iş yoldaşınıza hörmətsizlik
etsəniz və ya ona yuxarıdan aşağı baxsanız, sizi dinləmədən belə qovacam,. Hər
kəsin hörmət görmək haqqı var”.
25.01.2022 çap et