AZNEWS.AZ-ın Dövlət Statistika Komitəsinin saytına istinadən məlumatına görə, bu gəlirlərdən əhalinin hər nəfərinə düşən həcm orta hesabla 1108,7 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9 faiz olub.
Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1 faiz artıb.