Vaxt.Az
Rubl sürətlə ucuzlaşır
Rusiya valyutasının dəyəri son beş ilin minimumuna yaxınlaşır
Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkə verəcəyi canlı itkilərlə yanaşı iqtisadiyyatları da bərbad günə düşəcək. Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub. Kiyevin hesablamalarına görə gərginlinlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dolar lazımdır.
Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnlfylasiya gəlirləri sömürəcək.
Volodimir Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb. Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: “Müharibə təhlükəsi azdırsa bizdən daima niyə hərbi texnika istəyirsiniz?”. Kiyevin başqa alternativimi var? Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Haqlıdır. Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmazsa Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir.
Qeyd edək ki, sürətlə dəyər itirməkdə davam edən rus rublu dollar qarşısında 80 həddinə yaxınlaşıb. Yanvarın 26-da 1 dollar son dövrlərin maksimumu 79.23 rubl dəyərində olub. Hazırda isə bu rəqəm 77.12-dir. Son beş ilin göstəricilərinə baxsaq ən yüksək hədd 2020-ci il martın 20-də qeydə alınıb - 1 dollar 79.94 rubl.
Ukrayna valyutasında da vəziyyət eynidir. Qrivna yanvarın 27-də son beş ilin minimumuna enib (1 dollar 28.99 qr). Hazırda bu rəqəm 28.24-dür.
01.02.2022
çap et