Vaxt.Az

“Omikron”dan da təhlükəli


 

Daha asan ötürülə bilir

“Omikron”dan da təhlükəli COVİD-19-un “Omikron” ştammından daha təhlükəli növü aşkarlanıb. Bununla bağlı Danimarkanın Kopenhagen Universiteti ilə ölkənin səhiyyə nazirliyi birgə araşdırma aparıb. Bəlli olub ki, “Omikronun” alt növü olan “BA.2” daha yoluxucudur.

Elm adamları qeyd ediblər ki, ilkin məlumatlara əsasən, “BA.2” həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlarda ilk “Omikron” ştammına nisbətən, daha asan ötürülə bilər. Lakin mütəxəssislər peyvənd olunanların bu virusa yoluxma riskinin daha az olduğu qənaətinə gəliblər. Peyvənd olunmayanların daha çox virus keçirdiyini vurğulayan alimlər, üçüncü dozanın əhəmiyyətini də qeyd ediblər.

“Bir evdə sözügedən virusa yoluxma baş verərsə, digər ailə üzvlərinin yoluxma ehtimalı 39 faizdir. Lakin bu rəqəm, “Omikron”da 29 faiz idi. Eyni zamanda “BA.2”nin məktəblər və bağçalarda vaksin olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir”, - deyə araşdırma aparanlar söyləyib.

Qeyd edək ki, sözügedən virus Danimarka və bir neçə ölkədə artıq sürətlə yayılır. (sfera.az)

 





01.02.2022    çap et  çap et