Vaxt.Az

Dodaqlar quruyaraq çatlayır


 

“Omikron”un dəridəki əlamətləri

Dodaqlar quruyaraq çatlayır Amerikalı həkimlər koronavirusun “omikron” ştammının diqqətdən kənarda qalması təhlükəli sayılan dəri simptomlarının siyahısını tərtib ediblər.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin tibb mütəxəssisləri dəridə bir sıra simptomların koronavirusdan xəbər verdiyini açıqlayıblar. Belə ki, solğun, boz və ya mavi rəngə çalan dəri COVİD-19-un nadir rast gəlinən əlaməti ola bilər.
Koronavirus infeksiyası, həmçinin qaşınma qabarıqları, pətək kimi səpkilər, quru dəri və ekzema kimi özünü göstərir. Bəzi xəstələr tərləmənin artması və bədəndən mayenin buxarlanmasının gecikməsi səbəbindən inkişaf edən miliaria ilə qarşılaşır. Mütəxəssislərin fikrincə, bu cür xoşagəlməz simptomlar kifayət qədər uzun müddət davam edə bilər.
Həkimlər COVİD-19 ilə qırmızı, iltihablı ayaq barmaqlarına diqqət yetirməyi tövsiyə edir. Tibbi hesabatlara görə, bu simptom ən çox uşaqlarda və yeniyetmələrdə olur. Bir çox hallarda infeksiyanın son versiyası dodaqlarda görünür - onlar quruyur və çatlayır. (“Report”)

 





02.02.2022    çap et  çap et