Vaxt.Az

Körpələri gözləyən gizli təhlükə


 

İnfeksiyadan uzaq saxlayın

Körpələri gözləyən gizli təhlükə Son vaxtlar təzə dünyaya gələn körpələrin orqanizmi əvvəlki dövrlərə nisbətən zəif olur. Belə ki, əksər valideynlər uşağın doğulduğu ilk gündən xəstəxanalara üz tuturlar. Körpələri ya soyuqdəymədən qorumaq çətin olur, ya da digər uşaq xəstəliklərindən. Bu problem onların inkişafda da özünü göstərir.

Mama-ginekoloq Lalə İmanlının sözlərinə görə, uşaqların zəif doğulmasının əsas səbəblərindən biri ananın hamiləlik dövrü ilə bağlıdır. Bu prosesdə həm kişinin, həm qadının sağlamlığı vacib faktordur. Bundan əlavə müvafiq müayinələrin aparılması da mütləqdir. 

Lalə İmanlı deyir ki, fəsadlı hamiləlikdən dünyaya gələn uşağın immun sistemi xəstəliklərə qarşı zəif mübarizə aparır. 

Pediatr Günay Rəsulova isə bildirir ki, uşaqların zəif inkişafı həm də ekoloji çirklənmə və düzgün qidalanmama ilə bağlıdır. Eyni zamanda peyvəndlərin vaxtında aparılmaması da buna təsir edir.

Günay Rəsulova körpələrin infeksiya ehtimalı olan şəraitdən uzaq saxlanmalarını tövsiyə edir. (Xəzər TV)

 





02.02.2022    çap et  çap et