Vaxt.Az

Kimlər simptomsuz keçirir?


 

“Omikron”un insanlara vurduğu ən böyük ziyan...

Kimlər simptomsuz keçirir? “Əvvəllər koronavirusun digər ştammları ilə yoluxanlar və vaksinasiya olunmuş şəxslər “Omikron” ştammı ilə yoluxduqda daha yüngül, bəzən simptomsuz keçirirlər”.

Bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.

O bildirib ki, əgər qaydalara əməl edilməsə, bu ştamm zamanı da, xüsusilə peyvənd olunmamış və risk qrupuna aid olan şəxslərdə ağırlaşma halları baş verə bilər:

“Xəstəliklərin inkişafında və gedişində irsi faktorların da rolu danılmazdır. Koronavirusun gedişi, xüsusilə ağır gedişli xəstələrin müşahidəsi onu deməyə əsas verir ki, burada da genetik faktorların rolu var. “Omikron” ştamı ilə yoluxma zamanı müşahidə edilən əlamətlər isə xəstədə boğaz ağrısı, boğazda quruluq və diskomfort, səsin dəyişilməsi, burun axması və tutulması, hərarətin yüksəlməsi, baş ağrısı, əzələ ağrısı və s. ola bilər”.

Mütəxəssis qeyd edib ki, “Omikron” ştammı ilə yoluxma zamanı klinik gedişdən asılı olaraq müalicəyə başlanılmalıdır:

“Amma ehtiyac olmadığı halda çoxsaylı toksiki dərman preparatlarını, o cümlədən venadaxili infuziyaları - sistemləri istifadə etmək lazım deyil. İzolyasiya olunmalı, bol ilıq maye və yalnız həkimlərin məsləhəti ilə dərman preparatı qəbul edilməlidir. Koronavirus infeksiyasının insanlara vurduğu ən böyük zərbə isə psixolojidir. Ona görə də təlaşa düşməmək, müalicə həkiminin tövsiyələrinə əməl etmək vacibdir”.

 





02.02.2022    çap et  çap et