Vaxt.Az

İllik 46,5 faiz ...


 

Türkiyədə inflyasiyanın yüksələcəyi gözlənilir

İllik 46,5 faiz ... Türkiyədə yanvar ayı inflyasiya sorğusu bazar iştirakçılarının illik inflyasiya gözləntilərinin 46,5 faizdən yuxarı olduğunu göstərib.

Bazar iştirakçıları inflyasiyanın sürətlənməsinin yanvar ayında da davam edəcəyini proqnozlaşdırırlar.

“Bloomberg”in 25 qurumun iştirakı ilə keçirdiyi sorğuda orta gözlənti istehlak qiymətlərinin yanvar ayında aylıq 9,4 faiz, illik isə 46,5 faz artacağı istiqamətlərindədir.

Sorğuda yanvar inflyasiyası ilə bağlı ən aşağı gözlənti aylıq 5,8 faiz, ən yüksək gözlənti isə 13,72 faiz olaraq qeyd edilib.

Sorğuda “İl ərzində pik hansı ayda və hansı səviyyədə müşahidə olunacaq?” sualına cavab verən 20 qurumun orta gözləntisi 55 faiz olub. Bu suala cavab olaraq, ən aşağı təxmin 45 faiz, ən yüksək təxmin isə 62,2 faiz olub. İştirakçıların əksəriyyəti inflyasiyada ən yüksək səviyyənin may ayında qeydə alınacağını bildiriblər.

21 qurumun iştirakı ilə ilin sonuna inflyasiya proqnozu 32,85 faiz olaraq qeydə alınıb. Bu məlumat üçün ən aşağı qiymət 22 faiz, ən yüksək qiymət isə 37 faiz təşkil edib.

 





03.02.2022    çap et  çap et