Vaxt.Az

Gəncə darvazaları haradadır?


 

Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı

Gəncə darvazaları haradadır? Gürcüstanda saxlanılan qapı əsl Gəncə qapısı deyil! Mediada yazırlar ki, uzun illərdir gürcülərin əlində olan Azərbaycanın qədim şəhəri Gəncənin vaxtilə qala qapısı olan dəmir qapı geri qaytarıla bilər. Mən bir dəfə də bu barədə yazmışam, təkrar yazıram. Gürcülər əsl Gəncə qapısını gizlədirlər. Onların bizə göstərdikləri Gəncəyə aid olsa da, Qala qapısı deyil.

Bu gün Gürcüstan məktəblilərinin bəzilərini Gürcüstanın Kutaisi rayonundakı Helat monastırına aparanda onların “tarix müəllimləri” əsrlərdi orda saxlanılan Gəncə qapılarını  şagirdlərə göstərib deyirlər “baxın, bu qapılar böyük gürcü xalq tərəfindən tatarların Gəncə şəhərini almasından sonra zəfər rəmzi kimi gətirdiyi tarixi abidədir”.

Qeyd edim ki, Gəncə qapıları XI əsrin ortalarında Şadılılar hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Gürcü çarı Demetre 1138-1139-cu illər şəhəri güclü zəlzələ dağıdanda o, Gəncəyə hücum etdi, şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və vətəninə qayıtdı . Zəfər əlaməti olaraq çar Gəncə qapısını söküb Gürcüstana gətirib. Gəncəli döyüşçülər İki taylı qapını qorumaq üçün gürcü qoşununa hücum etsə də, çar Demetrenin əmri ilə onlar qətl edilmiş, qapılar sökülən daşları döyüşçü əsgərlərin üstünə tökülməsinə əmr veribmiş. Mənbələrdə yazılır ki,  neçə tonluq darvaza, zəlzələdən sağ qalan əhalinin əsir düşən hissəsi tərəfindən daşınıb. Deyilənlərə görə Gürcüstana olan məsafədə darvazanın altında zəlzələdən tələf olan adamlardan çox gəncəli həlak olub.

Lakin burda bir məqam var ki, doğurdanmı gürcülərin bu gün Helati monastrında saxladıqları həmin qapı Gəncənin əsl darvazlarıdır? Məntiqlə bu ölçüdə qapı və mənbələrdə qeyd olunan neçə tonluq qapı ilə hazırda orda saxlanılan qapı eynidirmi? Çünki tarixi mənbələrdə Gəncəlilərin hündürboy olduqları yazılır və ən əsası da döyüşçülərin çoxu da qapıdan at üstündə qalaya daxil olmasını nəzərə alsaq bu qapıların hazırkı ölçüsü o standartlara cavab vermir. Bu qapının da Gəncədən gətirilməsi şübhəsizdir. Üstündə “Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin” yazısı olan Gəncə qapısının məhz qala qapısının orijinalı olmasına bir növ dəlalət etsə də, bu yazıların sonradan ora yazılması ehtimalı da az deyildir. Ola bilsin ki, bu qalanın hansısa qapılarından biri olub, amma məhz giriş qapısı deyildir. Çünki onun ağırlığı bir neçə ton deyildir.  

Əgər iki qapını Gəncədən Gürcüstana mindən çox adam aparıbsa və mindən çox gəncəli yolda ağırlığa dözməyib ölübsə, hazırda monastırda qapını gətirmək üçün üç nəfər kifayət edər. Tarixi mənbələrə və məntiqə əsaslansaq hazırda monastırda saxlanılan qapı o qapı deyildir. 

Bəzi mənbələrdə yazılır ki, guya  Rusiya kraliçası II Katerina İmeretiya kralı Solomona Gelati monastırının örtüsünün təmiri üçün bir usta göndərir: “Lakin təmir başladıqdan qısa sürə sonra usta ölür. Təmiri davam etdirən işçilər bir müddətdən sonra mismar problemi ilə qarşılaşırlar. Gürcü monarxları da mismar olaraq monastırdakı dəmirdən olan Gəncə qapısının bir tayını parçalanıb mismar kimi istifadə edilməsini əmr ediblər. Beləcə, hazırda Gelati məbədinin dam örtüyündə istifadə edilən mismarlar Gəncə qapısının digər tayından hazırlanıb”. 

Burdan belə məntiq çıxır ki, gürcülər əsl Gəncə qapılarının Azərbaycana nə zamansa qayıdcağını düşünərək belə saxta tarix yazmışlar və orijinal qapılar Gürcüstanda haradasa gizlədilir, bizə isə kiçik bir qapını göstərirlər. 

Əgər bu orijinal qapılar olsaydı bir neçə dəfə imkanlı azərbaycanlılar külli miqdarda pul təklif edəndə onu satmaq fikrində olmazdılar. Hətta bir neçə il öncə artıq 2 milyon dollara qapını satmağa da razı idilər. Lakin Saakaşvili hakimiyyətə gələndən sonra razılaşma pozulub.

Mən əminəm ki, bu gün Gürcüstanın Kutaisi rayonundakı Helat monastırında saxlanılan qapı Gəncəyə aid olsa da, əsas giriş qapısı yox, qalanın bürclərindən birinə aiddir. Zənnimcə, bunu mütləq tədqiq etmək lazımdır. Gürcülər bir çox bizim qədim əşyaları da Gəncə qapısı qapı kimi haradasa bərk-bərk qorumaqdadılar.

 





04.02.2022    çap et  çap et