Vaxt.Az

85 minədək itki ehtimalı


 

Avropanısa qaçqın seli təhlükəsi gözləyir

85 minədək itki ehtimalı Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi halında münaqişənin mümkün qurbanlarının sayı 85 min nəfərə çata bilər. Bu barədə “Reuters” agentliyinə adı açıqlanmayan amerikalı rəsmilər məlumat verib.

Birləşmiş Ştatlar hesab edir ki, Ukrayna qoşunları 5 mindən 25 minədək, Rusiya qoşunları isə 3 mindən 10 minədək hərbçi itirə bilər. Eyni zamanda, mülki əhali arasında 25 min ilə 50 min arasında insan həlak olacaq.

Mənbələr həmçinin bildiriblər ki, Rusiya Kiyevə hücum etsə, Ukrayna paytaxtı “günlər ərzində” işğal oluna bilər. Bundan əlavə, Vaşinqtonun fikrincə, münaqişə səbəbindən milyonlarla qaçqın Avropaya axışacaq.

 





06.02.2022    çap et  çap et