Vaxt.Az

«Sanksiyaların 95 faizi qüvvədədir»


 

«İran bunu ciddiyə alır»

«Sanksiyaların 95 faizi qüvvədədir» ABŞ prezidenti Barak Obama martın 2-də jurnalistlərə açıqlamasında Qərbin İranla apardığı nüvə danışıqlarından və Tehrana qarşı hazır hərbi seçimdən söz açıb.

«Media forum» saytının məlumatına görə, Obama deyib ki, İsrailin baş naziri Benyamin Netanyahunun İrana sanksiyaların gücləndirilməsi təklifini rədd edib: «ABŞ hökumətinin indiki mövqeyi İrana qarşı sanksiyaların gücləndirilməsi yox, bu ölkənin nüvə probleminin dinc yolla həlli üçün danışıqların davam etdirilməsidir. Bununla belə, İrana qoyulan sanksiyaların 95 faizi qüvvədə qalır».

Obama Tehranla nüvə danışıqları nəticə verməyəcəyi təqdirdə İrana qarşı bütün seçimlərin masa üzərində olduğunu da bildirib: «Hazırda ABŞ hərbi qüvvələrinin 35 min əsgəri bölgədə hərbi təlimlə məşğuldur. İranın özü də ABŞ hərbi qüvvələrinin bölgədə olmasının nə anlama gəldiyini yaxşı dərk edir, bunu ciddiyə alır».

 





03.03.2014    çap et  çap et