Ukrayna prezidenti Vladimir Zelenski Moskvadan sonra Kiyevə səfər edən Emmanuel Makronla ötən gün keçirdiyi brifinqdə Putinin bu frazasına cavab verib.
“Mən yəqin rusca cavab verəcəm ki, aforizmin müəllifi (Putin, - red.) cavabımı başa düşsün. Şübhəsiz elə məsələlər var ki, onlar barədə Rusiya Federasiyasının prezidenti ilə mübahisə etmək mümkün deyil. Ukrayna doğrudan da gözəldir (gözəl qadın mənasında, - red.). Onun işlətdiyi “mənim” sözünə gəldikdə isə. Burada artıq bir qədər həddini aşmaq var... “Döz, mənim gözəlim” ifadəsinə gəldikdə isə mən hesab edirəm ki, Ukrayna həqiqətən səbrlidir, çünki müdriklik, səbir təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vacibdir. Və rusiyalılar üçün də çox vacibdir. Çünki bizim səbrimizdən digər tərəfin eskalasiyası asılıdır. Biz öz ölkəmizi müdafiə edirik, biz öz torpaqlarımızdayıq. Bizim səbrimiz təxribatlara təsir edir, çünki biz təxribatlara cavab vermirik, səbir göstəririk. Ona görə də səbir müdriklikdir”, - Zelenski bildirib. (virtualaz.org)