Vaxt.Az

Hansı dərmanları pulsuz əldə edə bilərik?


 

Sığorta ödəyənin yararlana biləcəyi xidmətlər ...

Hansı dərmanları pulsuz əldə edə bilərik? Ölkədə bir sıra xəstəliklər var ki, onların müalicəsi icbari tibbi sığortanın xidmətlər zərfinə uyğun olaraq qarşılanır. Yəni, həmin xəstələr nə müalicə prosesi üçün, nə də dərman vasitələrinin alınması üçün əlavə xərclə üzləşirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynurə Əhmədova deyir ki, bu xidmətlərdən icbari tibbi sığorta ödəyən hər kəs yararlana bilər. Ancaq ambulator müalicə üçün və həkim resepti əsasında təyin olunan dərmanlar ödənişsiz deyil.

Aynurə Əhmədova həmçinin bildirir ki, müharibə iştirakçıları, şəhid ailələri üzvləri və müharibədən zərər çəkmiş şəxslərə psixoloji yardım məqsədilə təyin olunan dərmanlar da Agentlik tərəfindən qarşılanır.

Bundan başqa, hemofiliya, vərəm, talassemiya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, skleroz və qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların da dərman təminatı ödənişsizdir. Həmçinin uşaqlarda boy hormonlarının inkişafı ilə bağlı preparatlar da vətəndaşlara pulsuz verilir.

 





09.02.2022    çap et  çap et