Agentlik “Brent”in qiymətinin yaxın aylarda da yüksək səviyyədə qalacağını gözləyir.
Eyni zamanda, Nazirliyin məlumatına görə, OPEC+ ölkələri, ABŞ və digər istehsalçıların neft hasilatının artması fonunda ilin ortalarından qiymətlərdə azalma gözləmək olar.
“Biz “Brent”in qiymətinin 2022-ci ilin ikinci rübündə 1 barelə 87 dollar, dördüncü rübündə isə 75 dollara düşəcəyini proqnozlaşdırırıq. 2023-cü ildə biz “Brent”in orta hesabla bir barel üçün 68 dollar olacağını gözləyirik”, - deyə hesabatda bildirilir.
“WTI” markalı xam neftin qiyməti 2022-ci ildə 79,35 dollar/barel, 2023-cü ildə isə 64,48 dollar/barel səviyyəsində proqnozlaşdırılır.
Bundan əlavə, ABŞ Energetika Nazirliyi 2022-ci ildə ABŞ-da gündəlik neft hasilatı proqnozunu 170 min barel artıraraq 11,97 milyon barrelə yüksəldib. 2023-cü ildə gözlənilən hasilat həcmi 190 min barel artaraq sutkada 12,6 milyon barrelə çatacaq ki, bu da ABŞ-da neft hasilatının səviyyəsi üçün mütləq rekorda çevrilə bilər.