“İndoneziya 42 “Rafale” qırıcısı sifariş edib. Strateji tərəfdaşlığımız müdafiə əlaqələrimizdən faydalanacaq. Fransa ASEAN və Hind-Sakit Okean regionunda əsas rol oynayan tərəfdaşımızın ordusunun modernləşdirilməsinə töhfə verməkdən qürur duyur”, - Parli Twitter-də yazıb.
Fransa Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, İndoneziya regionda Hindistandan sonra Fransa istehsalı olan “Rafale”i alan ikinci ölkədir. Nazir əlavə edib ki, Cakarda Paris ilə “sualtı qayıqlar sahəsində” də əməkdaşlıq edir.
İndoneziyanın müdafiə naziri Prabovo Subianto isə bildirib ki, ölkə altı döyüş təyyarəsi əldə etmək üçün müqavilə imzalayıb. Onun sözlərinə görə, qalan 36 təyyarə yaxın gələcəkdə alınacaq. Bu barədə RİA Novosti xəbər verir.
Daha əvvəl xəbər vermişdik ki, üç ölkə - Misir, Əlcəzair və İndoneziya Rusiya təyyarə sənayesində ən son söz olan “Su-35” qırıcılarını almaqdan imtina edib. Rəsmi versiyaya görə, bu qərarın əsas səbəbi Rusiyaya qarşı sanksiyalar olub. Lakin bir müddət sonra məlum olub ki, real səbəb “Su-35”-in texniki qüsurları idi.