Vaxt.Az

Təhlükə yaxınlaşır...


 

Bayden ABŞ vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırdı

Təhlükə yaxınlaşır... ABŞ ordusu hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq vətəndaşlarının təxliyəsi üçün Ukraynaya göndərilməyəcək. Bunu ABŞ prezidenti Cozef Bayden bəyan edib.

Bayden Ukraynadakı amerikalıları dərhal ölkəni tərk etməyə çağırıb: “Amerika vətəndaşları indi getməlidir. Əgər amerikalılar və ruslar bir-birinə atəş açsalar, o zaman dünya müharibəsi başlayacaq”.

Bayden, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ətrafında vəziyyətin kəskin şəkildə gərginləşəcəyi təqdirdə amerikalılara zərər verəcək hərəkətlərdən qaçmaq üçün kifayət qədər ağıllı olduğuna əmin olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti də bəyanat yayaraq bildirib ki, Amerika vətəndaşları mövcud olan bütün nəqliyyat vasitələri ilə Ukraynanı tərk etməlidirlər.

 





11.02.2022    çap et  çap et