Avstraliyanın xarici işlər naziri bu dəfə hədəfləri konkret göstərib: “Çin, Şimali Koreya və Rusiya kimi avtoritar rejimlərə qarşı səylərimizi birləşdirməliyik”. ABŞ-ın dövlət katibi Entoni Blinken çıxışında avstraliyalı həmkarına bu sözlərlə dəstək verib: “Kremlin siyasəti yalnız Ukrayna üçün deyil, bütün dünya xalqları üçün təhlükə mənbəyidir”. Çinin Rusiya ilə strateji tərəfdaşlığını getdikcə gücləndirməsi bölgə ölkələrini narahat edir.
Rusiya çox çalışır ki, Hindistan haqqında danışılan birliyi tərk etsin, hətta Kreml sahibi Vladimir Putin bugünlərdə Hindistana rəsmi səfər edib hindli rəsmilərə buna inandırmağa çalışdı. Ancaq Dehli Çin təhlükəsinə görə ABŞ-la tərəfdaşlığa üstünlük verir. Buna baxmayaraq, Hindistanın xarici işlər naziri QUAD təşkilatının kiməsə qarşı yönəlmədiyini də bəyan edib. Ekspertlər son zamanlar Avstraliyanın xarici siyasətdə fəallaşdığına diqqət çəkirlər. Bu ölkənin baş naziri Skott Morrison vətəndaşlarını uzaq Ukrayna ərazisini tərk etməyə çağırıb. Yaponiya təşkilatda xüsusi fəallığı ilə seçilməsə də, tərəfdaşlarının qərarlarına qatılır.