Vaxt.Az

Qıtlıq artacaq


 

Beynəlxalq Enerji Agentliyi neft qiymətlərinin daha da yüksələcəyini deyir

Qıtlıq artacaq Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib ki, OPEC+ ölkələrinin hasilatı daha çox artıra bilməyəcəkləri gözləntiləri neftin qiymətinin daha da artmasına səbəb olacaq.

Beynəlxalq Enerji Agentliyi (İnternational Energy Agency - İEA), Neft İxrac Edən Ölkələr Birliyi və müttəfiq ölkələrin (OPEC+) hasilatı güclü bərpa edə bilməyəckləri gözləntilərilə neft qiymətlərinin daha da arta biləcəyini proqnozlaşdırıb.

İEA bəyan edib ki, 23 üzvdən ibarət OPEC+ ittifaqı hasilatdakı ixtisarı tamamilə aradan qaldıra bilmədiyi üçün vəziyyət daha da pisləşəcək. Həmçinin Agentlik neft ehtiyatlarının son 7 ilin ən aşağı səviyyəsinə düşməsinin də problemlər yaradacağını proqnozlaşdırıb.

Agentliyin bu gün açıqlanan aylıq hesabatında deyilir ki, “OPEC+ hasilatı ilə hədəflər arasında uçurum davam edərsə, tədarük qıtlığı artacaq və bu, qiymətlərə yüksələn təzyiqə səbəb olacaq”.

Qiymətlərin artması əsas iqtisadiyyatlarda problemlər yaradıb, inflyasiyanın və yaşayış xərclərinin artmasına səbəb olub.

Agentlik ABŞ-ın 2022-ci il üçün neft hasilatı proqnozlarını gündə 240 min barel artıraraq 1,2 milyon barrelə çatdırıb.

Hər ay hasilat imkanlarını tədricən artıran OPEC+ ölkələri neft istehlak edən ölkələrin tədarükünü artırmaq üçün təzyiqləri ilə üzləşib. Keçən həftə keçirdiyi iclasda koalisiya mart ayı üçün gündəlik hasilatı 400 min barel olaraq “mülayim” artımı saxlamaq qərarına gəlib.

Beynəlxalq Enerji Agentliyinin (BEA) fevral hesabatında deyilir ki, OPEC+ ölkələrinin neft hasilatını hədəf səviyyələrdən bərpa etməkdə xroniki geridə qalması neft bazarında volatilliyin artmasına səbəb ola bilər.

Hesabatda qeyd olunur ki, yanvarda qlobal neft hasilatı sutkada 560 min barel artaraq 98,7 milyon barelə çatıb, lakin OPEC+ ölkələrinin neft hasilatının bərpası cədvəlindən xroniki geri qalması olmasaydı, artım tempi daha yüksək ola bilərdi. Bir sıra OPEC+ ölkələrində potensialın olmaması ona gətirib çıxarıb ki, 2021-ci ilin əvvəlindən onlar 300 milyon barel və ya gündəlik 800 min barel artıra bilməyiblər. Hesabatda deyilir: “OPEC+ ölkələri ehtiyat güc məsələsini həll edə bilməsələr, hasilat boşluğu genişlənə bilər”. Eyni zamanda, BEA-nın hesablamalarına görə, 2022-ci ildə sərbəst istehsal gücləri sutkada 5,1 milyon bareldən 2,5 milyon barelə qədər azaldıla bilər.

“OPEC+ ölkələri hasilat cədvəllərindən geri qalmağa davam edərsə, neft tədarükü ilə bağlı gərginlik güclənə və qiymət dəyişkənliyini artıra bilər. Bununla belə, Yaxın Şərqdən olan istehsalçılar tədarük çatışmazlığını doldurmaqla vəziyyəti bir qədər normallaşdıra bilərlər”, - deyə hesabatda bildirilir.

Bundan əlavə, BEA əlverişli qiymət mühitinin ABŞ-da qazma işlərini intensivləşdirə biləcəyini gözləyir, ona görə də agentlik ABŞ-da hasilatın artımı ilə bağlı proqnozunu sutkada 1,2 milyon barelə çatdırıb. Həmçinin, Kanada, Braziliya və Qayana bazara gündə təxminən 460 min barel tədarük əlavə edə bilər.

Belə ki, yanvar ayında neft hasilatının azaldılması sazişində iştirak edən OPEC+ ölkələri xammal hasilatını sutkada 280 min barel (barel/gün) artıraraq, əsasən OPEC ölkələrinin hesabına 37,84 milyon barel/günə çatdırıblar, yəni, hasilatı sutkada 400 min barel artırmaq planına cəmi 70 faiz əməl edilib.

 





11.02.2022    çap et  çap et