Vaxt.Az

Yardımların həcmi 1200 tonu keçdi


 

ABŞ Ukraynaya daha bir təyyarə göndərdi

Yardımların həcmi 1200 tonu keçdi ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib. Bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov “Facebook”dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”.

Eyni zamanda, hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədar Kiyevə dəstək göstərəcəyinə razılıq verib.

 





11.02.2022    çap et  çap et