Vaxt.Az

Qızıl ucuzlaşacaq


 

Əgər FED ehtimal olunan qədər faiz artımına gedərsə...

Qızıl ucuzlaşacaq Dünən açıqlanan ABŞ-ın inflyasiya məlumatlarından sonra, bazarlar ABŞ Mərkəzi Bankının (FED) 2022-ci ildə 7 dəfə faiz artıracağını gözləyir.

Qızılın qiyməti ABŞ-da inflyasiyanın gözlənildiyindən daha yüksək olması ilə əlaqədar olaraq aşağı düşüb və bu, FED-in daha aqressiv faiz artırmağa qərarı verəcəyi ilə bağlı narahatlıqları artırıb.  

ABŞ-da istehlak qiymətləri indeksi (inflyaiya göstəricisi) yanvar ayında illik müqayisədə 7,5 faiz artıb. “Bloomberg” sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 7,3 faiz olacağı idi. Əsas inflyasiyanın göstəricisi olan ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri indeksi aylıq və illik müqayisədə gözləntilərin üstündə artıb.

FED-in St. Louis şöbəsinin sədri Ceyms Bullard ölkədə son 40 ilin ən yüksək inflyasiya səviyyəsinə cavab olaraq FED-in 1 iyul 2022-ci ilə qədər faiz dərəcələrini 1 baza bəndi artırmalı olduğunu açıqlayıb. Hazırda FED-in faizi 0 -0.25 faiz aralığındadır.

Mart ayı toplantısında 0,50 bəndlik faiz artımı ilə başlamağa dair qərarsız olduğunu deyən Bullard, müzakirəyə rəhbərlik etmək üçün qərarı FED sədri Cerom Pauelə həvalə edəcəyini bildirib.

“Swap” bazarlarında mart ayında 0,25 bəndlik artım 100 faiz ehtimalla, 0,50 bəndlik artım isə 97 faiz ehtimalla qiymətləndirilir.

Bundan əlavə, bazarlar FED-in bu il faiz dərəcələrini 7 dəfə artıracağı ilə bağlı qiymətləndirməyə başlayıb. Fevralın əvvəlində 2022-ci ildə faizin 5 dəfə artırılacağına qiymət verilmişdi.

Həftəyə 1809 dollar ətrafında başlayan qızılın unsiyası 1840 dollara qalxaraq son iki həftənin ən yüksək səviyyəsinə çatmışdı. İnflyasiya məlumatlarının açıqlanması ilə ucuzlaşan qiymətli metal həftəni 1824 dollar səviyyəsində bağlamağa doğru irəliləyir.

 





11.02.2022    çap et  çap et