İşdən çıxarılacaq insanlar arasında müəllimlər, polis məmurları, sanitariya işçiləri və yanğınsöndürənlər də var.
Şəhərin əvvəlki meri Bill De-Blasio keçən il bələdiyyə və özəl sektor işçilərinə peyvənd mandatları tətbiq edib.
Şəhər işçilərinin mandata əməl etmələri və ya işlərini itirmələri üçün cümə gününə qədər vaxtı var idi. Təsirə məruz qalanların əksəriyyəti ödənişsiz məzuniyyətdə olub.
Yanvar ayından şəhər meri vəzifəsini icra edən Demokrat Erik Adams cümə axşamı keçirdiyi mətbuat konfransında “Biz çox dəqiq olmalıyıq - bu insanlar Nyu-York şəhərinin işçiləridirsə, peyvənd edilməlidir” deyib.
Şəhər işçilərini təmsil edən həmkarlar ittifaqları şəhəri məhkəməyə verərək, mandatlara qarşı mübarizə aparıblar. Bu cəhdlər indiyə qədər nəticəsiz qalıb.
Etiraz edən şəhər işçiləri bazar ertəsi Bruklin körpüsündən keçərək, meriyaya doğru yürüş keçirib.
İşdən çıxarılma yoluxma nisbətlərinin kəskin şəkildə aşağı düşdüyü və dünyanın bir çox ölkəsinin bəzi hallarda peyvənd mandatları da daxil olmaqla, COVID-19 məhdudiyyətlərini qaldırdığı vaxta təsadüf edir.
Xəbərlərə görə, şəhərin təqribən 370 min işçisinin təxminən 95 faizi peyvənd olunub.