Fransa prezidenti Emmanuel Makron gedir Moskvaya Putinlə 5 saatdan çox müzakirə aparır, Parisə geri qayıdır, yenidən telefonla 2 saat danışır. Bunun ardınca Putinə ABŞ prezidenti Co Bayden zəng edir və Kreml sahibi ilə bir neçə saat danışırlar. Bütün bunların iki məqsədi var. Birinci məqsəd Putinin hücum əmri verəcəyi halda nələrlə üzləşəcəyini ona birbaşa anlatmaq, ikinci məqsəd mümkün qədər onu geri addım atmağa vadar etməkdir. Putin hələ ki, dirənir. Ancaq üzərinə təkbaşına o qədər böyük yük götürüb ki, “necə edim”, “etməsəm nə olacaq”, “edərsəm hansı təhlükələrlə üzləşəcəm” kimi suallar onun rahatlığını pozmaq iqtidarındadır.