Vaxt.Az

Rusiyaya 48 saat möhlət


 

Qərbin evakuasiya çağırışları tənqidlə qarşılanır

Rusiyaya 48 saat möhlət Böyük Britaniya da cümə günü Birləşmiş Ştatlar kimi xarici vətəndaşları Ukraynanı tərk etməyə çağırıb. Britaniyanın Xarici, Birlik və İnkişaf İdarəsi ölkənin müdafiə naziri Ben Vallasun Kreml rəsmiləri ilə danışıqların ardından Moskvanı tərk etməsindən qısa müddət sonra bu tövsiyəni edib.

Estoniya da vətəndaşlarını “Rusiya tərəfindən hərbi müdaxilə riskinin artması” səbəbi ilə Ukraynanı dərhal tərk etməyə çağırıb. Evakuasiya çağırışları ABŞ-ın yüksək səviyyəli rəsmiləri Rusiyanın Ukraynanı “hər an” işğal edə biləcəyi və bunun üçün sərhədə kifayət qədər qüvvə göndərdiyi ilə bağlı xəbərdarlıq etməsindən sonraya təsadüf edib.

Avropa İttifaqının Ukraynadakı elçisi Matti Maasikas Ukrayna paytaxtındakı səfirliyinin zəruri olmayan işçiləri Rusiya ilə gərginlik fonunda ölkəni tərk etməyə çağırıb.

“Mən, zəruri işçilər istisna olmaqla, bütün vətəndaşları, Ukraynanı mümkün qədər tez bir zamanda tərk etməyə çağırmışam”, – deyə, o, Avropa İttifaqı diplomatlarına email məktubunda yazıb. “Mən çox təəssüflənirəm”, o əlavə edib.

Lakin Avropa Şurasının sözçüsü Aİ-nin bütün diplomatlarını geri çəkmədiyini vurğulayıb. “Biz işçilərimizə qarşı olan qayğı borcumuz çərçivəsində və Aİ-nin üzv ölkələri ilə yaxın məsləhətləşmə və koordinasiya edərək vəziyyəti dəyərləndirməyə davam edirik”, – xarici işlər nazirliyinin sözçüsü Piter Stano deyib.

Kreml işğal niyyətinin olduğunu inkar edir və Vaşinqtonla Londonu təxribatçı şəkildə təşviş yaratmaqda ittiham edir.

“Ağ Evin isteriyası hər zamankından daha rəmzidir”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü bildirib.

“Anqlo-sakslara müharibə lazımdır. Nəyin bahasına olursa olsun. Provokasiyalar, dezinformasiya və təhdidlər onların problemlərini həll etmələri üçün ən sevdikləri üsuldur”, – o əlavə edib.

Ukraynanın yüksək səviyyəli rəsmiləri Rusiya “təxribatının” təhlükəsinin olduğunu qəbul etsələr də, Kiyevdə xarici vətəndaşların ölkəni tərk etmələrinə dair çağırışlarla bağlı dərin məyusluq yaranıb. Bu mesajların ukraynalıları ruhdan saldığında və çox erkən olduğuna dair narahatlıqlar mövcuddur. Ukrayna tez-tez Birləşmiş Ştatların xəbərdarlıqlarına məhəl qoymayıb və Ukrayna rəsmiləri Rusiyanın hərbi fəaliyyətində “yeni bir şey” görmədiklərini deyirlər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov deyib ki, Ukrayna rəsmiləri Rusiyanın mümkün təxribatından “xəbərdardırlar.” O əlavə edib ki, “biz hazırda bütün seçimləri nəzərdən keçiririk.”

Ukrayna Avropa təhlükəsizliyinə dair razılıqların yer aldığı Vyana Sənədi altında Rusiyaya sərhəddə qoşun toplamasını izah etməsi üçün 48 saat vaxt verib. Lakin Ukrayna xarici işlər naziri Dmitro Kuleba deyib ki, bu bəyanat “vəziyyətdə hər hansı radikal dəyişikliyin olduğunun sübutu deyil”.

Yaponiya, Avstraliya, Yeni Zelandiya və Niderland da vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.

 





13.02.2022    çap et  çap et