Vaxt.Az

Kadırov polku planı


 

Putin Çeçenistan müharibəsi zamanı mücahidlərə verilən dəstəyi unutmayıb

Kadırov polku planı Rusiya Milli Qvardiyasının Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan mexanikləşdirilmiş polkunun Ukrayna sərhədlərinə yeridilməsi Kremlin məkrli planından xəbər verir. Məsələ burasındadır ki, Birinci Çeçen müharibəsində millətçi ukraynalılar çeçen mücahidlərinə dəstək verirdilər. Kreml bunu heç zaman unutmadı və həmin günlərin intiqamını millətçi ukraynalılardan almaq üçün üzərlərinə nəzarətindəki çeçenləri göndərir ki, iki xalq qarşı-qarşıya qalsın.

Bu arada, Kiyevdə yaşayan ukraynalı həmkarımdan Ukrayna paytaxtının sakinlərinin əhval-ruhiyyəsinin vəziyyəti ilə maraqlandım. Mənə yaxın tarixdən maraqlı misal gətirdi: “1986-ci ildə Çernobılda atom elektrik stansiyasında qəza baş verəndə Kiyev sakinləri qorxmuşdular, şəhəri müvəqqəti tərk edənlər oldu, ancaq çoxluğun vecinə də deyildi, heç nə olmamış kimi həyatlarını yaşayırdılar. İndi də oxşar durumdur. Əlbəttə, davamlı müharibə söyləntiləri Kiyev sakinlərini narahat edir, ancaq panika yoxdur”. Bu yerdə Kiyevdə taksi sürücüsü ilə dialoqumu xatırlayıram. Ondan Rusiyanın Donbası ələ keçirməsi haqqında nə düşündüyünü soruşduqda cavabı belə olmuşdu: “Donbasda özününkülərdir, ona görə savaşı qazana bilmədik. Ancaq bu tərəfə gəlsələr müqavimət göstərəcəyik, onlara baha başa gələcək”.

 





14.02.2022    çap et  çap et