Belə ki, hazırda bu ərazilərdə temperatur gündüzlər sıfıra yaxın olur və nəticədə qrunt donmayıb, bu da hərbi texnikanın keçidini çətinləşdirir. Telekanal bildirir ki, bu səbəbdən hücum fevralın 16-da başlamaya bilər.
ABŞ ordusunun qərargah rəisləri komitəsinin rəhbəri general Mark Milli də Rusiyanın hücumunun hava amilinə görə təxirə salınacağını istisna etməyib.
Xatırladaq ki, bundan əvvəl sosial şəbəkələrdə Rusiya tanklarından ibarət kalonun Ukrayna sərhədləri yaxınlığında palçığa necə batdığını, hərəkət edə bilmədiyini göstərən kadrlar yayılmışdı.
ABŞ kəşfiyyatı hələ əvvəldən bildirmişdi ki, Rusiya hücum etmək üçün əlverişli hava şəraitini, yəni güclü şaxtaların başlamasını gözləyir. Belə hava şəraiti isə fevralın ortalarında başlamalı idi. Lakin qlobal iqlim dəyişikliyi səbəbindən hazırda qış Ukraynada və Rusiyada xeyli yumşaq keçir, güclü şaxtalar müşahidə olunmur.