Vaxt.Az

“Daha ölümcül ola bilər”


 

Alimlər koronavirusun növbəti təhlükəli ştammı barədə xəbərdarlıq ediblər

“Daha ölümcül ola bilər” Britaniya alimləri hesab edirlər ki, koronavirusun növbəti ştammı əvvəlki versiyalardan daha təhlükəli ola bilər. Bu barədə “The Guardian” yazır.

Edinburq Universitetinin epidemioloq professoru Mark Vulhaus bildirib ki, “omikron” ştammı COVİD-19-un fərqli geneloji qoludur və “delta” ilə birbaşa bağlı deyil. Bu vəziyyətlə əlaqədar olaraq, yeni ştammın haradan gələcəyi və sonda hansı xüsusiyyətlərə sahib olacağı da tam aydın deyil.

“Bu, daha çox və ya daha az patogen ola bilər. “Omikron”dan sonra daha çox ştamm olacaq və onlar daha yoluxucu olsalar, üstünlük təşkil edəcəklər. Onlar daha ölümcül ola və ya daha ciddi mənfi təsir göstərə bilər”, - mütəxəssis vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5 milyonu keçib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda yoluxma sayı 402 milyondan çoxdur. Dünyada COVİD-19-a ən çox yoluxma halları ABŞ (76 milyondan çox), Hindistan (42 milyondan çox) və Braziliyada (26 milyondan çox) qeydə alınıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVİD-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report.az)

 





14.02.2022    çap et  çap et