Ölkəmizdə rəqabət qabiliyyətli məhsul istehsalının genişlənməsi qeyri-neft ixracına müsbət təsir edir. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” sosial şəbəkəsindəki səhifəsində status paylaşıb. Naziri qeyd edib ki, 2021-ci ildə qeyri-neft məhsullarının ixracı əvvəlki ilə nisbətən 47,2 faiz artıb və bu, ən yüksək tarixi göstəricidir.Mikayıl Cabbarov paylaşdığı ikinci statusunda bildirir ki, 2021-ci ildə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə bağlı əldə edilən yüksək artım tempi xarici ticarət balansında müsbət dinamikaya səbəb olub. Ötən il bu göstərici 3,5 dəfə artaraq 10,5 milyard dollara çatıb.
çap et